Moskvanın Domodedovo hava limanında maskalı quldurlar avtomatlarla Bişkekdən gələn Qırğızıstan vətəndaşlarına hücum edərək onları maşınlara mindiriblər.

Bu barədə “RİA Novosti”yə silahlı quldurluğun təfərrüatlarını açıqlayan Daxili İşlər Nazirliyindən bildirilib.

Daha sonra polis qaçırılan şəxsləri meşədə tapıb. Vətəndaşların ümumilikdə dörd milyon dolları oğurlanıb.

Cinayət silahlı qrup tərəfindən ön meydançada törədilib. Hazırda polis onları axtarır.

Bundan əvvəl noyabrın 10-da Qırğızıstanın iki vətəndaşının qarət edildiyi barədə məlumat yayılmışdı. Əllərində pulemyot olan cinayətkarlar hava limanı binasının çıxışında qurbanları gözləyib, pul çantalarını aparıblar. Soyğunçuluqdan sonra cinayətkarlar iki “Lexus” və “Toyota Land Cruiser” markalı avtomobilləri qaçırıblar, sonradan həmin avtomobillər meşəyə atılaraq “Chevrolet Tahoe” markalı avtomobilə köçürülüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN