Xəbər verdiyimiz kiki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində bu il rusların Gürcüstana kütləvi axını və pul köçürmələrinin kəskin artması baş verməkdədir...

Nəticədə bunlar Gürcüstanın ümumi daxili məhsulunun əhəmiyyətli dərəcədə artmasına və bu ölkələrin valyutalarının möhkəmlənməsinə səbəb olub. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə analitiklər Rusiyanın “Forbes” jurnalının “S&P Global Ratings” icmalında qeyd ediblər. Bildirilir ki, ilin birinci yarısında Gürcüstanda ümumi daxili məhsulun artımı 10,3% təşkil edib ki, bu da 2022-ci ilin əvvəli üçün proqnozdan xeyli yüksəkdir.
.Rusiyanın sərhəd xidmətinin məlumatına görə, 2022-ci ilin ikinci rübündə ölkəni tərk edən rusların sayı 5 milyon, üçüncü rübündə isə bu rəqəm 9,7 milyon təşkil edib. Məlumata əsasən, təkcə iyul-sentyabr aylarında Gürcüstana 461 min Rusiya vətəndaşı səfər edib.

Rusiyanın Ukrayna ilə müharibəsi isə davam etməkdədir. Bu gün isə ruslar işğal etdikləri Xersonda əsas məntəqələri tərk  edib gediblər. 
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN