ABŞ-ın keçmiş prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının Kapitoliyə hücumu araşdıran komitəsini məhkəməyə verib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Aydın olur ki, məhkəməyə getməyə səbəb siyasətçinin ifadə vermək və müvafiq materialları təqdim etmək üçün göndərdiyi çağırış olub. Florida məhkəməsinin məlumat bazası sənədinə görə, çağırış vərəqəsi Trampın hüquqlarının və onun prezident kimi səlahiyyətlərinin pozulması səbəbindən etibarsızdır. Qeyd olunur ki, çağırış vərəqələrinin paylanması komitənin səlahiyyətlərindən kənardır.
Oktyabr ayında keçmiş Amerika liderinin Kapitoliyə hücumu ilə bağlı dindirilməyə çağırılacağı məlum olub. Dəqiqləşdirilib ki, Tramp ifadə verməkdən imtina etmək hüququna malikdir.
Kapitol binasına hücum 6 yanvar 2021-ci ildə baş verib. Həmin vaxt ABŞ prezidenti olan Trampın tərəfdarları polislə toqquşub, hasarları aşaraq Kapitolinin binalarından birinə soxulublar. Onların qəzəbinə noyabrda keçirilən səsvermənin nəticələri səbəb olub, ona görə demokrat Co Bayden ölkənin növbəti prezidenti olub.
E.ŞİRİNOV