Bu günlərdə İstanbulda törədilmiş terror aktının əmri Suriyanın Manbic şəhərindən verilib.

 Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

 "İstiqlal küçəsindəki terror hadisəsi Manbicdə  hazırlanmışdı", - Soylu  parlamentdəki çıxışı zamanı bildirib.

Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Türkiyədə qadağan edilmiş  Kürdüstan Fəhlə partiyasının (PKK), suriyalı kürdlərin Demokratik Birlik partiyasının üzvləri, eləcə də Amerika qüvvələri  hələ də Manbicdə qorunub saxlanılır.

 "İstiqlalda olan terror hücumu PKK tərəfindən təşkil olunan kütləvi qırğınlardan biridir. Biz onları dəfələrlə yaşadıq”, - deyib nazir.

Həmçinin əlavə edib ki, hadisədən dərhal sonra cinayətkarı aşkar etdilkəri üçün onun arxasında duranlar da bilinəcək.

 Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzində yerləşən İstiqlal küçəsində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 80-dən çox şəxs yaralanııb. Polis terror hadisəsinin törədilməsi ilə bağlı 50 nəfər şübhəlini saxlayıb.

Qeyd edək ki, Türkiyə terror hadisələri ilə bağlı ən çox mücadilə aparan ölkələrdəndir. Uzun illərdir PKK və digər terror təşkilatları ölkə ərazisində saysız –hesabsız terror aktları törədirlər.

 

JASMİN

  

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN