Rusiya prezidenti Vladimir Putin fevralın 21-dən bəri ilk dəfə olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərini onlayn formatda deyil, təkbətək görüş üçün toplayıb.
Forbes buna diqqət çəkib.
“Bu gün bizim planlaşdırılan məsələmiz var: Fövqəladə Hallar Nazirliyi mülki müdafiənin təkmilləşdirilməsi məsələlərini müzakirə etməyi təklif edir. Gəlin işə başlayaq”, - deyə Putin görüşün əvvəlində bildirib.
Prezidentin rəsmi saytında yerləşdirilən fotoşəkillərə görə, görüş Kremldəki zalda keçirilib. Tədbirdə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, FTX-nin direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu və başqaları iştirak ediblər.
Təhlükəsizlik Şurasının bu tipli sonuncu iclası doqquz ay əvvəl baş tutub. Bundan sonra, fevralın 21-də Putin Donetsk və Luqansk Xalq Respublikalarının (DNR və LNR) tanınması haqqında fərmanlar, eləcə də respublikalarla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb.
E.ŞİRİNOV