Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində sel nəticəsində metro tunellərini su basıb.
TASS-ın verdiyi xəbərə görə, yerli icra orqanları azı 12 nəfərin öldüyünü və daha beş nəfərin xəsarət aldığını açıqlayıb.
Güclü yağışlar səbəbindən şəhər metropoliteninin beşinci xəttinin üstündəki dayanacaqda çox miqdarda su toplaşıb. Su sonradan tunelə dolub və yolları tutub. Metropoliten rəhbərliyi dərhal nəqliyyatın hərəkətini dayandırıb və xəttə elektrik enerjisinin verilişi kəsilib. Sərnişinlər olan qatarlardan biri “Haytansıtsze” və “Şakoulu” stansiyaları arasında su basmış hissədə dayanıb. Metro əməkdaşları sərnişinlərin təxliyəsini təşkil edib və təxminən 500 nəfər tuneldən çıxarılıb.
“Onlardan 12 nəfərə köməklik göstərmək mümkün olmayıb, onlar ölüblər. Beş nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib”, - rəsmi məlumatlarda belə deyilir.