Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynaya yüksək gərginlikli transformatorlar və elektrik generatorları göndərməyə çağırıb.

Bu barədə TASS Avropa komissarının bəyanatına istinadən xəbər verir.

Noyabrın 23-də məlum olub ki, Rusiya qoşunlarının raket zərbələri nəticəsində Ukrayna ərazisində yerləşən bütün atom elektrik stansiyaları (AES), o cümlədən əksər su elektrik stansiyaları (SES) və istilik elektrik stansiyaları (İES) müvəqqəti olaraq işıqsız qalıb.

Noyabrın 24-də Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini Kirilo Timoşenko bildirib ki, ölkə boyu elektrik enerjisinin verilişi, əsasən, mühüm mülki infrastruktur obyektlərində, o cümlədən su təchizatında bərpa olunub. Onun sözlərinə görə, növbəti addım elektrik enerjisinin məişət istehlakçılarına qoşulmasıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN