Zaporojye vilayətinin Poxovski rayonunda təxribat-kəşfiyyat qrupu təmas xəttini keçməyə cəhd edərkən Ukrayna Silahlı Qüvvələrinin (USQ) 40-a yaxın hərbçisi və bir neçə yüngül texnikası ruslar tərəfindən məhv edilib.

Bunu TASS-a “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib.

"Təxribat-kəşfiyyat qrupuna zərbə endirmək cəhdi olub, o, tamamilə məhv edilib", - Roqov bildirib.

Onun sözlərinə görə, silahlılarla yanaşı, bir neçə pikap və zirehli texnika məhv edilib.

Xatırladaq ki, Ukrayna silahlı birləşmələrinin sıralarında xarici muzdlular da döyüş əməliyyatlarında iştirak edir, onlar dəfələrlə vurğulandığı kimi, Ukraynaya slavyanları öldürməklə pul qazanmaq üçün gəliblər.

Eyni zamanda, xarici muzdlular Ukraynada dinc əhaliyə qarşı misli görünməmiş qəddarlığı ilə seçilirlər.

Noyabrın ortalarında Zaporojye şəhəri ərazisində 30-a qədər əcnəbi təlimatçı və muzdlu əsgərin məhv edilməsi barədə xəbər yayılıb.

Roqov bəyan edib ki, Kiyev rejiminin tərəfində Zaporojye istiqamətində gedən döyüşlərdə 40-dan çox ölkədən muzdlular iştirak edir. Yalnız polşalı muzdlular orada beş mindən çoxdur.

Xatırladaq ki, Ukraynanın qeyri-qanuni silahlı birləşmələri 2014-cü ildən Kiyev Donbass sakinlərinə qarşı hərbi əməliyyatlara başladıqdan sonra əcnəbi muzdlulardan ibarətdir. Silahlılar arasında İsveç, Fransa, İtaliya, Kanada, Sloveniya və digər ölkələrdən olanlar var.

Xarici muzdlular beynəlxalq humanitar hüquqa görə, döyüşçü statusuna malik deyillər. Rusiyada həmin şəxslərin Ukraynaya slavyanları öldürməklə pul qazanmaq üçün gəldiyinə diqqət çəkiblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN