İsveçdə İsveçdə saxlanılan cütlüyün casusluğu haqqında tam məlumatın müəyyən edilməsi üçün aparılan istintaq zamanı məlum olub ki, onların Moskvadakı mənzili Rusiya QRU agentlərinin yaşadığı evdə yerləşir...

Tezadlar.az Bellingcat araşdırma qrupunun təsisçisi Eliot Higginsin Twitter səhifəsinə istinadla bildirir ki, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri onların  əlaqələrini izləmək üçün istifadə edilə bilən məlumatların ictimaiyyətə açıq olması səbəbindən hərdən uğursuz addımlar da atıb. Higgins-ə görə, Bellingcat-ın liderlərindən biri Hristo Grozev, noyabrın 22-də İsveçdə casusluqda şübhəli bilinərək saxlanılan ər-arvadın 1999-cu ildən Moskvada, ictimaiyyətə ifşa olunmuş agent və rəhbərlərlə eyni binada mənzil sahibi olduğunu aşkar edib. Bundan əvvəl mediada saxlanılanların adları hallanırdı - bunlar Sergey Skvortsov və Yelena Kulkovadır. Mövcud məlumatlara görə, 1999-cu ildən onlar və onların ailə üzvləri Moskvada ul. Sorge, 36. ünvanda yaşayıb. Həmin evdəki mənzillərdən biri Böyük Britaniyada Sergey Skripalı zəhərləməkdə şübhəli bilinən QRU hərbi kəşfiyyatının zabiti Denis Sergeyevə məxsusdur. Hiqqins qeyd edib ki, Sergey Fedotov adı ilə Sergeev 2015-ci ildə bolqar biznesmen Emelyan Gebrevin zəhərlənməsində iştirak edib. Həmin binadakı digər mənzil isə QRU zabitlərinin təlim keçdiyi “161-ci tədris mərkəzi” kimi tanınan QRU-nun 29155 saylı hərbi hissəsinin rəisi, general-mayor Andrey Averyanova məxsusdur. Həmin küçədəki başqa bir mənzil 36 yaşlı QRU general-mayoru Andrey İliçenkoya məxsusdur. İsveçdə həbs olunan rusların mənzil aldıqdan qısa müddət sonra ölkəyə köçdükləri üçün bu ünvanda yaşayıb-yaşamadıqları dəqiq bilinmir. İsveç rəsmilərinin bildirdiyinə görə, Skvortsov və Kulkova 2013-cü ildən ABŞ-a, 2014-cü ildən isə İsveçə qarşı casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinirlər.

Rəsmi Kreml hələki bu barədə açıqlama verməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN