Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı təkliflər alıb, İrəvan və Bakı danışıqlar prosesinin üçüncü mərhələsinə başlayır.

TASS-ın məlumatına görə, bunu çərşənbə axşamı keçirilən brifinqdə parlamentin xarici əlaqələr daimi komissiyasının rəhbəri Eduard Ağacanyan deyib.

"Bəli, doğrudan da, Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb ki, bu da əslində erməni tərəfinin təkliflərinə cavabdır. Demək olar ki, təklif olunan üçüncü mərhələ müzakirə olunur. Başqa təfərrüatlar verə bilmərəm”, - deyə o bildirib.

Ağacanyan bu ilin sonuna qədər baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyünü də istisna etməyib.

"Ölkələrimizin başçılarının və ya xarici işlər nazirlərinin görüşünə gəlincə, bəli, ilin sonuna kimi belə bir görüşün keçirilməsi istisna deyil", - o qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN