İran Xarici İşlər Nazirliyi ABŞ administrasiyasını ölkədə davam edən küçə etirazları səbəbindən İslam Respublikasına qarşı tətbiq etdiyi əlavə sanksiyalara görə tənqid edib.
"Co Bayden hökuməti İrana maksimum təzyiq göstərmək kimi iflasa uğramış siyasətini davam etdirir və bununla yanaşı iğtişaşçıların taleyi ilə bağlı timsah göz yaşları tökməyi də bacarır".
IRNA-nın məlumatına görə, bunu İran XİN-nin sözçüsü Naser Qanani deyib.
Diplomatın sözlərinə görə, "terrorçuların qərbdəki müttəfiqləri və müdafiəçiləri ağızlarını yummalı və öz xalqlarının əziyyət çəkdiyi yığılıb qalmış böhranlar barədə düşünməlidirlər".
***
Xatırladaq ki, sentyabrın 13-də İranın əxlaq polisi 22 yaşlı Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxarkən hicabı "düzgün" geyinmədiyinə görə saxlayıb. Polis ona deyib ki, bacısını “təkrar təhsil” sahəsindəki dərsə aparacaqlar və buraxacaqlar. Sahədəki yerindən qız xəstəxanaya aparılıb və daha sonra orada dünyasını dəyişib. Aminin ürək xəstəliyi olmadığı üçün qohumları polisi qətldə şübhəli bilirdilər. Gənc qızın ölüm günü, sentyabrın 16-da İranda 160 şəhər və qəsəbəni əhatə edən ilk etirazlar başladı.
Baş verənlər fonunda etirazçıların həbsləri həyata keçirilir. Və dekabr ayında ilk edam 23 yaşlı Möhsün Şəkəri ilə başladı. Gənc oğlan “qiyamda”, Tehranda əsas yolu bağlamaqda və “Bəsic” müqavimət qüvvələrinin üzvünə pala ilə hücum etməkdə ittiham edilib.
Noyabrın 1-də məhkəmə Şəkərini “öldürmək, terror törətmək və cəmiyyətin nizamını və təhlükəsizliyini pozmaq məqsədi ilə” dava etməkdə, silah çəkməkdə və “Allaha qarşı düşmənçilikdə” təqsirli bilmişdi. Edam hökmü 10-dan çox etirazçı barədə çıxarılmışdır. BMT ekspertləri, Aİ baş tutmuş edamı pisləmiş və İranı edamlara son qoymağa çağırıblar.
Amma təəssüf ki, İranda bu çağırışa məhəl qoyulmamış, edam hökmünün icrası davam etdirilmişdir...
JASMİN