Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev respublika başçısı Ramzan Kadırovun Xerson və Zaporojye vilayətləri üzrə nümayəndəsi Xasan İbrahimovun saxlanmasını təkzib edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Dudayevin sözlərinə görə, KİV-in İbrahimovun yeni rayonlarda saxlanması ilə bağlı yazılanların hamısı həqiqətə uyğun deyil. “Heç kim heç kimə açıqlama yazmayıb, heç kim saxlanılmayıb, bu, sözün əsl mənasında, yerindəcə tükənmiş bir növ məişət hadisəsidir”, - nazir vurğulayıb.
Bundan əvvəl bir sıra KİV-lər Kadırovun Xerson və Zaporojye vilayətləri üzrə nümayəndəsi İbrahimovun gənc oğlanı restoranda döyməkdə şübhəli bilinərək saxlanılması barədə məlumat yayıb.
Kadırov İbrahimovun öz nümayəndəsi təyin olunduğunu təxminən üç həftə əvvəl Çeçenistan nümayəndə heyətinin Xerson vilayətinə səfərindən sonra elan edib. Sonra o, İbrahimovu əsl vətənpərvər və respublikanın birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırovun yaratdığı komandanın layiqli nümayəndəsi kimi təqdim etdi.
E.ŞİRİNOV