Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri ərəfəsində Rusiyalı iş adamlarının həbs olunan maliyyə vəsaitlərini almaq üçün Ağ Evə gizli zəng edib.

Bu barədə “Business Insider” anonim mənbələrə istinadən xəbər verir.

Zelenski Senatın Respublikaçı lideri Mitch McConnell-i inandırmağa çalışdı ki, müsadirə edilmiş biznes aktivlərindən, o cümlədən yaxtalar və malikanələr Ukraynanın bərpasına kömək etmək üçün istifadə edilməlidir.

Aydınlaşdırılır ki, bu müddəa 1,7 trilyon dollar məbləğində xərclərə dair ikipartiyalı qanun layihəsinə düzəliş kimi qəbul edilib. Dekabrın 22-də axşam ABŞ Senatı Rusiyadan olan iş adamlarının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi təşəbbüsünün daxil edilməsinə səs verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN