Aztəminatlı ailələrin övladları  üçün nəzərdə tutulan pansionatda uşaqlarla dini təbliğat aparılırmış.

 Astana Polis İdarəsi paytaxtda aztəminatlı ailələrin uşaqları üçün pansionatlar adı altında fəaliyyət göstərən ictimai xeyriyyə fondları tərəfindən dini üstünlüklərin təbliğində şübhəli bilinən cinayət işini araşdırır.

Bu barədə Qazaxıstan KİV-ləri Teleqram-a istinadən məlumat yayıblar.

“Bu fondlardan birinin əməkdaşı digər dinlərin davamçılarının dini hisslərini və milli adət-ənənələrini birbaşa təhqir edən geniş kütlə üçün açıq moizələr aparıb. Qanuna zidd olaraq, bu fondların pansionatlarında azyaşlılar arasında əcnəbi təbliğatçıların dini doqmaları yayılıb”, - deyə Pİ-dən bildirilib.

İnternat evlərində aparılan axtarışlar dini xarakterli xarici tədris materiallarının olmasını, həmçinin uşaqların sistemli şəkildə dini ayinlərə cəlb edilməsini təsdiqləyib. Polis bildirib ki, sonuncular uşaqları Qazaxıstan cəmiyyətinin milli adət-ənənələrindən və dəyərlərindən yayındırmaq məqsədi daşıyır.

Hazırda ibtidai istintaq davam edir, digər məlumatlar –həmin şəxslərin hansı dini – sektanı təmsil etdikləri, yaxud hansı xarici ölkə ilə bağları olması  və digərləri açıqlanmır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN