Türkiyədə sərnişin mikroavtobusu çaya düşüb. “Yeni Akit” qəzeti yazır ki, 6 nəfər yaralanıb.

Nəşrin məlumatına görə, qəza Suriya ilə həmsərhəd Kilis əyalətində baş verib. Sürücü yola çıxan it sürüsündən yayınmağa çalışıb.

Qəzet yazır: “Kilis şəhərinin Polateli rayonunda mikroavtobusun çay yatağına düşməsi nəticəsində eyni ailədən 6 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir”.

Mikroavtobusda Rusiya vətəndaşlarının olub-olmadığı barədə məlumat verilmir.

Xatırladaq ki, dekabrda REN TV Türkiyənin qərb bölgəsində baş vermiş böyük qəza barədə məlumat vermişdi. Yük maşını ilə avtobusun toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN