Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd Murom kəndi Ukrayna Silahlı Qüvvələrinin (USQ) atəşinə məruz qalıb.

Bu barədə bazar ertəsi, yanvarın 2-də Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram-kanalında məlumat verib.

“Ölən və yaralanan yoxdur. İki fərdi təsərrüfatda dağıntılar var - mərmi parçaları ilə pəncərələri sındırıb, dam örtüyü zədələnib. Bir avtomobilə də ziyan dəyib”, - deyə rayon rəhbəri izah edib.

O, qeyd edib ki, atəş açılan yerə əməliyyat xidmətinin əməkdaşları gəlib. Rəhbərlik ərazilərdən qapı-qapı dolanmaqda davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN