Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Tezadlar.az Şuşa Bülbül adına Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyliyə istinadla xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin avtomobil Laçından Xankəndi istiqamətinə keçib. Beləliklə, təkcə bu gün aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 15-ə çatıb. Bu isə bir daha erməni yalanlarını faş edən daha bir faktdır ki, Qarabağda müvəqqəti məskunlaşmış ermənilərin mülki istifadəsində heç bir problem yoxdur...
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN