Hindistanın Bihar ştatında pələng odun yığan 12 yaşlı qıza hücum edərək ona ağır xəsarətlər yetirib.

Bu barədə “New Indian Express” məlumat yayıb.

12 yaşlı Divya Kumari Baxri kəndinin qadınları ilə meşəyə odun yığmaq üçün gedib. Meşə Valmiki pələng qoruğunun sərhədində yerləşir.

Birdən pələng peyda olub uşağa arxadan hücum edib. Qız qışqırıb, yaxınlıqda işləyən fermerlər qaçaraq köməyə gəliblər və onu yırtıcıdan xilas ediblər.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. O, qollarından və boynundan ciddi xəsarətlər alıb. Həkim Şaşi Kumar bildirib ki, xəsarətlərin ağırlığına baxmayaraq, uşağın həyatı üçün heç bir təhlükə yoxdur.

Daha əvvəl bildirilib ki, Hindistanın Madhya-Pradeş ştatının Sidhi şəhəri yaxınlığındakı kənddə pələng öz dostlarının gözü qarşısında quru ağac toplayan qadını öldürüb. Yırtıcı parçalanmış cəsədi ataraq meşədə gözdən itib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN