Bir müddətdir ki, Belorusun Ukraynadakı müharibədə Rusiya tərəfindən cəlb ediləcəyi müzakirə mövzusudur...
Tezadlar.az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın TVP telekanalına müsahibəsində maraqlı fikir səsləndirib. Sitat: “Belarus Rusiya tərəfindən müharibəyə cəlb olunarsa, bu, onun strateji səhvi olacaq və Ukrayna bunu bağışlamayacaq...”.
Zelenski onu da deyib ki, rəsmi Minsk Ukraynaya hücum etməkdən, Rusiyanın istəyini yerinə yetirməkdən çəkinməlidir. “Rusiyanın məqsədi Belarusu savaşa cəlb etməkdir. Belarusların vəzifəsi ölkənin Rusiya tərəfində müharibəyə tam cəlb olunmasının qarşısını almaq olmalıdır....".
Rusiyanın Belarus ərazisindən hücumlar üçün istifadə etdiyinə dair məlumatlar yayılır. Rusiya isə bunu daim təkzib edir. Amma Polşa mediası dəfələrlə faktları sübut kimi ortaya qoyub...
A.Məmmədli