Dünən axşam saatlarında Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Tezadlar.az "Ukrainskaya pravda" ya istinadla bildiri ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib. O, deyib ki, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb. Sitat: "Axtarış əməliyyatı davam etdirilir".
Xatırladaq ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib. Ukrayna prezidenti Vladimir Zelenski isə xalqa ənənəvi müraciətində mülki şəhərə bu raket hücumuna görə Rusiya cavab verəcək...
A.Məmmədli