Rusiya hərbçiləri yaşayış binalarına zərbə endirmir, Ukrayna tərəfi artıq Dnepropetrovskda evin uçmasının hava hücumundan müdafiə sistemli əks-raket zərbəsi nəticəsində baş verdiyini bildirib.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Rusiya silahlı qüvvələri yaşayış binalarına və sosial infrastruktur obyektlərinə zərbələr endirmir. Zərbələr hərbi hədəflərə - aşkar və ya gizli şəkildə endirilir", - deyə Peskov bildirib.

"Siz özünüz də Ukrayna tərəfinin bəzi nümayəndələrinin Dnepropetrovskda bu faciənin hava hücumundan müdafiə sistemlərinin əks-raketlərinin hərəkətinin nəticəsi olduğunu bildirən qənaətlərini gördünüz", - Kreml sözçüsü əlavə edib.

Qeyd edək ki, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç yanvarın 14-ü axşam saatlarında bildirib ki, Dnepropetrovskda evin bir hissəsi Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketin düşməsi nəticəsində uçub.

Kənan ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN