Nepalda qəzaya uğrayan sərnişin təyyarəsində olan hindistanlı bir sərnişinin təyyarənin düşmə anı sosial media hesabından canlı yayımla lentə aldığı görülüb.
Nepalda 68 nəfərin öldüyü təyyarə qəzasının hindistanlı bir sərnişin tərəfindən qeydə alındığı iddia edilib. Hindistan mətbuatında çıxan xəbərdə adı Sonu Jaiswal olaraq bildirilən sərnişinin təyyarənin düşmə anı sosial mediada canlı yayımla təyyarənin düşməsindən qısa müddət əvvəl lentə aldığı bildirilib.
Məlumatlarda həmçinin bildirilirdi ki, Jaisvalın ailəsi onun ölümünü təsdiqləyib.
Videoda sərnişinlərin qəzadan saniyələr əvvəl kifayət qədər sakit şəkildə səyahətinə davam etdiyi, təyyarənin sola əyilməsindən az sonra qışqırıq səslərinin eşidildiyi görülüb.
Saniyələr sonra təyyarənin yüksək səslə yerə çırpıldığı və alova büründüyü görülüb.
Qeyd edək ki, yanvarın 15-də yerli vaxtla saat 10:33-də Nepalın paytaxtı Katmandudan 4-ü ekipaj olmaqla cəmi 72 nəfərlə havaya qalxan Yeti Hava Yollarına məxsus iki mühərrikli ATR 72 tipli sərnişin təyyarəsi Pokhara hava limanına enərkən qəzaya uğrayıb, 68 nəfər həlak olub. Təyyarədə 5 Hindistan, 4 Rusiya, 2 Cənubi Koreya və 53 Nepal vətəndaşı, həmçinin İrlandiya, Avstraliya, Argentina və Fransadan olan 1 sərnişinin olduğu bildirilib.
E.ŞİRİNOV