Almaniya rəhbərliyi Ukraynaya tankların tədarükü ilə bağlı konsensusa gələ bilmir.
Tezadlar.az xəbər verir ki, bu barədə Zeit yazır.
Nəşrin yazdığına görə, hərbi yardımla bağlı müzakirələr qalmaqala səbəb olub, çünki bir çox deputatlar Almaniya kansleri Olaf Şolsdan əminlik tələb edirlər. Bundestaqın müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Strak-Zimmerman “Əgər siz tankları Ukrayna ordusuna “Leopard 2” ilə təchiz etmək istəmirsinizsə, bunun səbəbini izah etməlisiniz”, - deyib.
Müdafiə komitəsinin rəhbərinə Almaniya Sosial Demokrat Partiyasının (SPD) fraksiyasının sədri Rolf Mützeniç cavab verib və deyib ki, ağır silahların tədarükü məsələsində ilk növbədə sağlam düşüncəni rəhbər tutmaq lazımdır. Bu cür bəyanatlar yalnız eskalasiyaya təkan verə bilər.
Bundan əvvəl Baltikyanı respublikalar Almaniyanı Ukraynaya tank tədarük etməyə başlamağa çağırıb. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis vurğulayıb ki, hərbi texnikanın tədarükü “Rusiya təcavüzünü dayandırmaq” və Ukraynaya Avropada sülhü bərpa etmək üçün nəzərdə tutulub.
E.ŞİRİNOV