Bu gün Ukraynanın Luqansk vilayətinin işğal altında olan Novoaydar şəhərində Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış baş verib...

Tezadlar.az "Ukrainskaya pravda" ya istinadla bildirir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergiy Qayday teleqram səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, hadisə nəticəsində “müalicə alan onlarla” rusiyalı hərbçi ölüb. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bu insidentdə Ukrayna hərbçilərini ittiham edərək onların HIMARS raketi ilə zərbə endirdiklərini iddia edib. Müdafiə qurumunun məlumatına görə, olayda 14 nəfər ölüb. Xeyli yaralı da var. Ukrayna mediasında bu barədə geniş məlumatlar paylaşılmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN