Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Ankara Suriya və İraqın şimalında antiterror əməliyyatını davam etdirəcək.

Tezadlar.az bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

"Türkiyə sərhədləri yaxınlığında antiterror əməliyyatları sonuncu yaraqlı məhv edilənə qədər davam edəcək. Bu həm Şimali İraqa, həm də Suriyaya aiddir” deyən Akar terrorla mübarizənin "artan templə davam etdiyini" bildirib.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Türkiyə Müdafiə Nazirliyinə xəbərdarlıq etmişdi ki, ABŞ Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qarşıdır və bunu qəbuledilməz hesab edir.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və NATO-nu Suriyadakı terrorçulara dəstəyi dayandırmağa çağırıb. Çavuşoğlu vurğulayıb ki, ABŞ Ankaranın Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) qüvvələrinə qarşı sərhədyanı hərbi əməliyyat keçirməsinin qarşısını almağa çalışır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN