Moskvanın Lefortovo Məhkəməsi dövlətə xəyanətdə təqsirləndirilən Peşkov adlı Rusiya vətəndaşı barəsində həbs-qətimkan tədbiri seçib.
Tezadlar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Təqsirləndirilən şəxs FTX müstəntiqinin tələbi ilə həbs edilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə ("dövlətə xəyanət") nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur.
İşin materialları "Tamamilə məxfi" materialdır və buna görə də ittihamın süjeti açıqlanmır.
Qeyd edək ki, yanvarın 12-də Ukrayna Silahlı Qüvvələrinin (USQ) sıralarına qoşulub rus hərbçilərinə qarşı döyüşməyə hazırlaşan Tver sakininin saxlanılması barədə məlumat yayılıb. 40 yaşlı rus ukraynalı kuratorun göstərişi ilə uniforma, tibbi ləvazimat və avadanlıq alıb, həmçinin Ukrayna ərazisinə gediş marşrutunu öyrənib.
E.ŞİRİNOV