Türkiyənin Kahramanmaraş şəhərində ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 3 min nəfərə çatıb.

Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki. bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib. Sezer qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Məlum oçduğunkimi, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. 

Yeri gəlmişkən, sosial şəbəkələrdə dağıntıların videolarını görərkən yeni tikilmiş yaşayış binalarının tikinti konstruksiyalarının quruluşunun nə qədər zəif olduğu görünür. Həttə bəzi videolarda zəlzələdə duruş gətirmiş yaşayış binasının dayandığı yerdə necə yerə çökdüyü görünür. Sanki monolit binaların beton dayaqları sementsiz imiş... Bu hadisə Azərbaycanda da tikinti sektoruna ciddi nəzarət edilməsini zəruri edir. Kahramanmaraşda yerə çökən binalar 6-7 mərtəbəlidir. Azərbaycanın paytaxtında isə 25-30 mərtəbəli göydələnlərin tikintisinə icazə verilib. Bakının mərkəzində çoxsaylı belə binalar var. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN