Rusiyanın iki şəhərində "Kətibə Tövhid vəl-Cihad" terror təşkilatının bir dəstəsi məğlub edilib.
Bu məlumatı Rusiya Federasiyası FTX-yə istinadən TsOS yayıb.
“Beynəlxalq terror təşkilatı “Kətibə Tövhid vəl-Cihad”ın regionlararası hücrəsinin fəaliyyəti dayandırılıb”, - məlumatda deyilir.
Agentliyin məlumatına görə, saxlanılanlar Suriyaya silahlıları cəlb edib göndərir, həmçinin terror aktları törətməyə çağırırdılar. İslamçı hücrələr Moskva və Krasnoyarskda yerləşirdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları islamçılardan təbliğat videoları, rabitə vasitələri, qadcetlər və bank kartlarını müsadirə ediblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Xatırladaq ki, 2017-ci ildə Sankt-Peterburq metrosunda partlayış törədən “Kətibə Tövhid vəl-Cihad” terror təşkilatı olub. Mərkəzi Asiya ölkələrində bu təşkilatın tərəfdarları mütəmadi olaraq saxlanılır.
E.ŞİRİNOV