Rusiyalı xilasedicilər türkiyəli həmkarlarına güclü zəlzələ qurbanlarının cəsədlərinin axtarışında kömək etməyə davam edirlər. Fevralın 11-də görülən işlərin nəticələri barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, xilasedicilər ötən gecə 12-si olmaqla 44 nəfəri dağıntılar altından çıxara biliblər. Eyni zamanda ruslar 5 nəfəri sağ çıxarıblar.

"Ötən gecə Rusiya hərbçiləri dağıntılar altından 12 cəsədi çıxarıb, ümumilikdə 44 nəfəri çıxarıb, onlardan beşi sağ olub", - departamentin nümayəndəsi jurnalistlərə bildirib.

Xatırladaq ki, son məlumatlara görə, 20 mindən çox insan zəlzələnin qurbanı olub.

Amma çoxlu sayda ölüm olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri əsl möcüzələr yaratmaqda davam edirlər. Bundan əvvəl xilasedicilər dağıntılar altında yüz saatdan çox qalan insanları, o cümlədən bir uşaqı dağıntılar altından çıxarıblar.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN