ABŞ ordusu Atlantik Okeanından çıxarılmış Çinə məxsus hava şarının qalıqlarında sensorlar və elektronika aşkar edib.

Tezadlar.az ABC telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı məlumat yayıb.

"Cənubi Karolina yaxınlığında axtarış əməliyyatları davam edir. Mütəxəssis qrupları hadisə yerindən əhəmiyyətli miqdarda sensorlar və elektron komponentlər, eləcə də strukturun böyük hissələrini çıxara biliblər", - deyə komandanlığın verdiyi açıqlamada bildirilir.

ABC mənbələrinin məlumatına görə, gəminin qalıqları kranlı gəmi ilə okeanın dibindən qaldırılıb. Telekanalın həmsöhbətləri hava şarında texniki avadanlıq və antenaların olduğunu, yükün uzunluğunun 30 fut (təxminən 9 m) olduğunu, ölçüləri ilə bağlı digər məlumatların verilmədiyini bildiriblər.

Fevralın 2-də Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ səlahiyyətliləri ölkənin kontinental hissəsində “kəşfiyyat balonu” görüblər. O, fevralın 4-də Cənubi Karolina sahillərində ABŞ hava məkanında ABŞ ordusu tərəfindən vurulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN