ABŞ prezidenti Co Bayden Vladimir Zelenski ilə görüşdən sonra Ukraynanın paytaxtını tərk edib.
"Prezident Bayden Kiyevi tərk etdi", - deyə Ağ Evə istinadən jurnalistlər yazır.
Xüsusilə CNN müxbiri Caitlan Collins öz Twitter səhifəsində Baydenin Kiyevdən getdiyini elan edib.
Xatırladaq ki, Bayden fevralın 20-də heç bir açıqlama vermədən Kiyevə səfər edib və orada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Bu səbəbdən şəhərin mərkəzi bağlanıb.
Səfər zamanı ABŞ lideri 500 milyon dollarlıq əlavə hərbi yardım paketini açıqlayıb. Buraya HIMARS MLRS, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və hava nəzarəti radarları daxil olacaq. Bayden həmçinin Rusiya biznesinə qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verib.
Rəsmi olaraq Ağ Ev Baydenin fevralın 20-dən 22-dək Polşaya səfər edəcəyini açıqladı. Polşa mediasına görə, Zelenski də ona qoşulacaq.
E.ŞİRİNOV