ABŞ-ın keçmiş lideri Donald Tramp Ohayo əhalisinə kömək etməyə gəlib, prezident Co Bayden isə Ukraynanın qayğısına qalır.
Konqresmen Marjorie Taylor Qrin buna diqqət çəkib.
Onun sözlərinə görə, Tramp ölkənin əsl prezidentidir. Bayden isə ABŞ-ın problemlərini həll etmək əvəzinə, ukraynalı həmkarı Vladimir Zelenskinin “arxasını öpür”.
Qrin özünün Twitter səhifəsində yazıb: "Bu mənim prezidentim Trampdır. Bu arada Bayden Zelenskini arxasından öpür, hamımızı təpiklə və qışqıraraq dünya müharibəsinə sürükləyir".
O, izah edib ki, indi Ohayo ştatında Şərqi Fələstində kimyəvi qəza qurbanlarına kömək edən Trampdır. Bayden isə hazırda Ukraynada necə “müharibə başlatmaq” və Kiyevə daha çox pul göndərmək barədə düşünür.
Xatırladaq ki, bir neçə gün əvvəl Tramp ABŞ-ı Ukraynaya milyardlarla dollar xərcləməyi dayandırmağa çağırmışdı.
E.ŞİRİNOV