Belarus Silahlı Qüvvələri istənilən çağırış və təhdidlərə tab gətirməyə hazırdır.
Bunu Aleksandr Lukaşenko Vətənin və Silahlı Qüvvələrin Müdafiəçiləri Günü münasibətilə təbrikində bildirib.
Bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
Belarus liderinin sözlərinə görə, ordu müstəqilliyin və təhlükəsizliyin təminatçısı, əsl şücaət məktəbidir.
“Müstəqillik illərində biz döyüş qabiliyyətinə malik, yüksək mobil, ən müasir texnika ilə təchiz edilmiş, istənilən çağırış və təhlükələrə effektiv şəkildə müqavimət göstərməyə hazır olan Silahlı Qüvvələr yaratmışıq”, - Lukaşenko bildirib.
O əlavə edib ki, Belarus ordusu “həqiqətən populyar, dövlətçiliyin sütunlarından biri” olaraq qalır.
Bundan əvvəl Belarusun lazım gələrsə, təhlükəsizlik qüvvələrinin sayını iki milyona çatdırmağa hazır olduğu bildirilirdi.
E.ŞİRİNOV