Rusiya Müdafiə Nazirliyinin təyyarəsi Belqorod vilayətinin Valuyski rayonunda qəzaya uğrayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında bildirib.
"Müdafiə Nazirliyinin təyyarəsi Valuyski şəhər rayonunda qəzaya uğrayıb. Hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir", - o yazıb.
Qladkovun sözlərinə görə, hadisənin səbəbləri araşdırılır, vəziyyət nəzarət altındadır.
Güc strukturları qeyd ediblər ki, SU-24-ün pilotu havadan atılıb.
E.ŞİRİNOV