ABŞ Rusiya nüvə qüvvələrinin hazırlığında heç bir dəyişiklik görmür.
Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
"Mən yalnız gördüklərimizdən danışa bilərəm. Və biz Rusiya nüvə qüvvələrinin hazırlığında heç bir dəyişiklik görmürük. Biz də nüvə qüvvələrimizin hazırlığında dəyişiklik etməmişik", - o, CNN telekanalına müsahibəsində söyləyib.
Sallivan vurğulayıb ki, Birləşmiş Ştatlar sayıq qalır və “eskalasiya riskləri barədə məlumat vermək” və nüvə silahından istifadənin nəticələri barədə xəbərdarlıq etmək üçün Rusiya hakimiyyəti ilə əlaqə kanallarını saxlayır.
Baydenin köməkçisi həmçinin qeyd edib ki, ABŞ Rusiyanın nüvə güclərində hər hansı dəyişikliyə işarə edəcək hərəkətləri görmür.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın Yeni START-ı dayandırdığını elan etdi. Prezident vurğulayıb ki, ABŞ Rusiya Federasiyasına “strateji məğlubiyyət” vermək niyyətini bəyan edir, lakin bununla yanaşı, nəzarət missiyaları çərçivəsində Rusiyanın nüvə obyektlərinə girişdə israrlıdır.
Qeyd edək ki, START Rusiya-Amerikanın nüvə silahlarına nəzarət rejimidir. Bayden administrasiyası onu 2026-cı ilə qədər uzadıb, tərəflər nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı gələcək sazişin parametrləri barədə razılığa gəliblər, lakin xüsusi əməliyyat başlayandan sonra dialoqu kəsiblər.
Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Müqavilədən çıxmasına münasibət bildirib və bunun səbəbinin ABŞ-ın Yeni START Müqaviləsinin fundamental prinsiplərinə zidd olan siyasəti olduğunu qeyd edib.
E.ŞİRİNOV