Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsgərlərinin Qərb dövlətləri tərəfindən onlara verilmiş silahları atom elektrik stansiyalarında (AES) saxlaması ilə bağlı xəbərdarlıq edib.

Tezadlar.az xəbər verir ki, M.Ulyanov onları sayıq olmağa çağırıb.

“Təbii ki, biz bu məsələ ilə bağlı MAQATE Katibliyinin rəhbərliyi ilə əlaqələrimizi davam etdiririk və onları ayıq-sayıq olmağa çağırırıq”, - o deyib.

Ulyanovun sözlərinə görə, agentlik mütəxəssislərinin Ukraynanın bütün atom elektrik stansiyalarında yerləşdirilməsi ilə əlaqədar MAQATE-nin bu məsələ ilə bağlı vəziyyəti diqqətlə izləmək imkanı var.

Daha əvvəl o, fevralın 7-nə planlaşdırılan Zaporojye AES-də (ZAES) MAQATE mütəxəssislərinin rotasiyası baş tutmadığını bildirib. O vurğulayıb ki, Rusiya tərəfi bunu “gündən-günə” gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN