Koronavirus pandemiyasının başlanğıcında Britaniya hakimiyyəti ölkədəki bütün ev pişiklərinin məhv edilməsi imkanını nəzərdən keçirib.

Tezadlar.az xəbər verir ki, bunu Kanal 4-ə səhiyyə nazirinin keçmiş müavini Ceyms Betel deyib.

"Bir anda belə bir fikir yarandı ki, biz ictimaiyyətdən Britaniyada bütün pişiklərin məhv edilməsini tələb etməli ola bilərik. Təsəvvür edirsinizmi, əgər biz bunu etmək istəsək, nə baş verərdi?", - deyə siyasətçi etiraf edib.

O izah edib ki, müəyyən vaxtlarda COVID-19 haqqında çox az şey bilinirdi: “Səlahiyyətlilər və həkimlər ev heyvanlarının xəstəliyin daşıyıcısı ola biləcəyini bilmirdilər”.

Sonda, 2020-ci ildə ilk yoluxmuş heyvanın aşkarlanmasından sonra Britaniya hökuməti xəstələrin yaşadığı evlərdən pişikləri buraxmamaq tövsiyəsi ilə məhdudlaşdı, həmçinin sakinlərdən ev heyvanlarını öpməməyi xahiş etdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN