Almaniya Ukrayna Silahlı Qüvvələrinin (USQ) 3000-dən çox hərbçisinə təlim keçib. Almaniya kansleri Olaf Şolz Bundestaqda hökumətin bəyanatı zamanı bildirib ki, yaxın vaxtlarda daha min hərbçi təlim keçəcək.

"Müharibə başlayandan bəri Bundesver Ukraynadan ümumilikdə 3000-dən çox əsgər hazırlayıb. 1000-dən çox əsgər üçün Almaniyada çox yaxın vaxtlarda təlimlər başlayacaq", - o deyib.

Şolz xatırladıb ki, Berlin hərbi təlim təşəbbüslərini Vaşinqton və Londonla əlaqələndirir.

Onun sözlərinə görə, Almaniya Avropada Ukrayna Silahlı Qüvvələrinin hazırlanması üçün əsas platformaya çevrilir.

Qeyd etmək lazımdır ki, xarici təlimlər ukraynalı döyüşçülərə çox az kömək edir. Belə ki, əvvəllər əsir götürülmüş USQ hərbçilərin Böyük Britaniyada təlim keçdikdən sonra ilk döyüşün 20 dəqiqəsindən sonra təslim olduğunu bildirib.

Ukraynaya hərbi yardım fonunda Almaniya ordusunun özü də acınacaqlı vəziyyətdədir. Belə ki, yanvarın sonunda Britaniyanın “The Economist” nəşri NATO standartlarına görə bir ay davam etməli olsa da, AFR-nin cəmi bir neçə günə kifayət qədər silah və mərmi ehtiyatına malik olduğunu yazıb.

Martın 1-də Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə hərbi vəziyyətin tətbiq olunacağı təqdirdə Bundesverin Almaniyanı qoruya bilməyəcəyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN