Son günlər Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (USQ) Böyük Britaniyada təlim keçmiş minlərlə döyüşçünü Zaporojye vilayətinin Kiyevin nəzarətində olan ərazilərinə yerləşdirib.
Bu barədə martın 5-də RİA Novosti-yə müsahibəsində “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov bildirib.
“Son günlərdə Britaniyada təlim keçmiş 3,5 minə yaxın ukraynalı yaraqlı Zaporojye şəhərinə gəlib”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, ukraynalı hərbçilərin Britaniya ərazisində keçdiyi təlim kursu 3,5-4 həftəyə hesablanıb. Roqov başqa təfərrüatları açıqlamayıb.
Bundan əvvəl Roqov Zaporojye şəhərində güclü partlayış barədə məlumat vermişdi. Onun sözlərinə görə, partlayış martın 4-də baş verib.
E.ŞİRİNOV