Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) nüvə təhlükəsizliyi zonasının yaradılmasını təklif edib. O, belə bir müraciətlə martın 6-da MAQATE-nin Rəhbərlər Şurasının iclasından əvvəl çıxış edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

Qrossinin sözlərinə görə, Zaporojye AES-də mövcud vəziyyət belə tədbirləri tələb edir. "Mən hər iki tərəflə məsləhətləşmələrimi intensivləşdirdim və bu mühüm tədbirə daha da gecikmədən nail olmaq üçün davamlı fəal dəstəyinizə ümid edirəm" deyib və hərbi əməliyyatların və gərgin iş şəraitinin ZAES-nin nüvə təhlükəsizliyini təhlükə altına atdığını qeyd edib.

MAQATE-nin baş direktoru əlavə edib ki, noyabr ayından bəri onun agentliyi Ukraynanın müxtəlif təşkilatlarına ianə olunmuş avadanlığın beş tədarükünü başa çatdırıb. Yaxın aylarda bir sıra tədarüklər də planlaşdırılır.

Daha əvvəl “Rosenerqoatom” Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında MAQATE müfəttişlərinin rus mühafizəçilərini atəşə tutması ilə hansı məqsədlə təxribat törətdiyini izah edib.

Kənan ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN