Prezident Vladimir Zelenski dünən martın 10-da axşam saatlarında Ali Baş Komandanın qərargahını toplayıb
və burada xüsusilə Donetsk vilayətinin Baxmut şəhərində Müdafiə Qüvvələrinin gücləndirilməsi, eləcə də digər regionların müdafiəsi məsələləri müzakirə olunub.
Tezadlar.az "Ukrağinskaya pravda"ya istinadla bildirir ki, Vladimir Zelenski dünən axşam birbaşa çıxışında belə deyib. Sitat: "Qərargahın iclası yenicə başa çatıb. Baş komandan, komandirləri cəbhə xəttindəki, ümumiyyətlə, dövlətin müdafiəsi ilə bağlı vəziyyətlə bağlı məruzə etdilər. Şərq və cənub sərhədlərdə, eləcə də Baxmut və oradakı ərazilərdə müdafiə imkanlarımızı artır. Terror hücumlarına cavablarımız sərt olacaq. Xersonun və Dnepropetrovsk, Chernihiv, Sumy bölgələrinin güclü müdafiəsi tapşırığı verilib. Amma sursat və təchizata ehtiyacımız var”.
Zelenski beynəlxalq tərəfdaşlarla müdafiəni gücləndirməkdən də danışdığını söyləyib. Prezident Donetsk vilayətində Ukraynanı müdafiə edən döyüşçülərin qıhrəmanlığını qeyd edib.
Müharibə isə davam edir. Ən maraqlısı budur ki, ruslar Krım bölgəsində istehkamlar qurur və səngərlər qazırlar. Bu isə müdafiə üçündür. Deməli, Rusiya xaricdən müasir raket sistemləri alan Ukrayna ordusundan müdafiə yolu seçməkdədir...
A.Məmmədli