Gürcüstanda baş verən son hadisələr Kiyev "Maydanını" çox xatırladır, xarici agentlər haqqında qanun layihəsi ətrafında yaranmış vəziyyət hakimiyyəti zorla dəyişdirmək cəhdinə başlamaq üçün sadəcə bəhanə idi.
Tezadlar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalın "Böyük oyun" proqramına müsahibəsində deyib.
"Bu, Kiyev "Maydanı"na çox bənzəyir. Şübhə yoxdur ki, sadəcə, büdcəsinin 20%-i həcmində xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında qanun bəhanə idi, ümumiyyətlə, hakimiyyəti zorla dəyişdirmək cəhdi idi", - deyə o bildirib.
Rusiya xarici işlər naziri Borrelin Gürcüstandakı vəziyyətlə bağlı açıqlamalarını ikiüzlü adlandırıb. Lavrov həmçinin Qərbin Gürcüstan və Moldovada müxalifətin etiraz aksiyalarına "kökdən fərqli" münasibətinə də işarə edib.
Onun sözlərinə görə, Gürcüstanda baş verənlər kənardan "orkestrləşib", Rusiya sərhədlərində qıcıqlandırıcı yaratmaq istəyi ilə idarə olunur.
E.ŞİRİNOV