Kiyev çətin ki, yaxın gələcəkdə Qərb ölkələrindən qırıcıların çatdırılmasına ümid edə bilər. Belə ki, təyyarənin vaxtından əvvəl alınma ehtimalını Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba “Bild am Sonntag” qəzetinə müsahibəsində qiymətləndirib.

“Qırıcıların tezliklə təhvil verilməsini gözləmirəm, çünki bu, maddi-texniki baxımdan çox çətin işdir”, - deyə nazir bildirib.

Eyni zamanda, Kuleba qeyd edib ki, ukraynalı pilotların hazırlığına indidən başlamağa dəyər ki, gələcəkdə qırıcıların Kiyevə köçürülməsi ilə bağlı qərar qəbul edildikdə, buna daha bir neçə ay vaxt sərf etməyə ehtiyac qalmasın.

Martın əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ hakimiyyətinin ukraynalı hərbi pilotlar üçün təlim proqramında çaşqınlıq yaratdığı bildirilirdi. Belə ki, Ukrayna lideri amerikalı həmkarı Co Baydenin F-16 qırıcılarını idarə edəcək pilotların hazırlanması məsələsini işləyəcəyini vəd etdiyini bildirib. Eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, pilotların Arizonadakı ABŞ Hərbi Hava Qüvvələri bazasında görünməsi “F-16-nı idarə etmək üçün təlim keçmək deyil, onların öz qırıcılarında, yəni MiG-lərdə müəyyən Amerika silah növlərini necə istifadə edə biləcəklərinin qiymətləndirilməsidir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN