Ukrayna prezidenti Vladimir Zelenski USQ-nin Artemivskdəki mövqelərinə baş çəkə bilməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə martın 23-də Çeçenistan rəhbərinin köməkçisi, “Axmat” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov bildirib.

Alaudinovun sözlərinə görə, Zelenskinin Artemivskə getməsinin yeganə yolu “öz bunkerindəki animasiya videosunda”dır.

"Başqa hallarda, nə Zelenski, nə də Ukrayna rəhbərliyindən kimsə Artemivskdə qala bilməzdi, bu, fiziki cəhətdən mümkün deyil. Biz bilirik ki, o, fiziki olaraq orada olmayıb", - o deyib.

Alaudinov Ukrayna prezidentinin administrasiyasına Zelenskinin Artemivska gəlişi ilə bağlı kadrları, eləcə də onun şəhəri tərk etməsinin görüntülərini dərc etməyi tövsiyə edib. Lakin onun fikrincə, Kiyevdə bunu edə bilməyəcəklər, çünki Artemivskdə prezident yox idi.

Martın 22-də Ukrayna prezidentinin ofisinin saytında Zelenskinin Artemivsk istiqamətində Ukrayna hərbçilərinin mövqelərinə baş çəkdiyi barədə xəbər yayılıb. Zelenskinin dəqiq hara getdiyi barədə məlumat verilmir.

Həmin gün DXR rəhbəri vəzifəsini icra edən Yan Qaqin Artemivskin praktiki olaraq bloklandığını bildirib. Qaqin daha əvvəl bildirmişdi ki, Rusiya qüvvələri Artemivsk ərazisinin 70%-nə nəzarət edir.

Artemivsk Qorlovkanın şimalında yerləşir və Donbassda Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün mühüm nəqliyyat qovşağıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN