1972-ci ilin oktyabr ayında Bakı Mərkəzi Şahmat Klubunda şəhər üzrə yarımfinal oyunları keçirilirdi. Şahmat birinciliyi uğrunda adlı-sanlı oyunçular öz güclərini sınayırdılar. Onların arasında çox gərgin mübarizə gedirdi. Mənə də bu şərəfli yarışda oynamaq nəsib olmuşdur. Yarışların Baş arbitri şahmat üzrə dəfələrlə Azərbaycan çempionu olmuş Soltan Xəlilbəyli idi. Hakimlər heyətindən mənə bildirdilər ki, ilk “rəqibim” dünya ışığından məhrum olmuş Zəkiyev soyadlı şahmatçıdır. Onun ustalığa namizədliyini də bildim. Baş arbitrin köməkçisi mənə bildirdi ki, onun gediş etməmişdən əvvəl fiqurlara toxunmaq ixtiyarı var və o bunu bir neçə dəfə təkrar edə bilər. İlk dəfə idi ki, kor adamla şahmat oynayacaqdım.

Mən lazımi məlumat alandan sonra keçib yerimdə əyləşdim. Qarşımda zil qara eynəkli, cüssəli bir nəfər dayanmışdı. O mənə salam verəndən sonra, yerində əyləşdi. Döş cibindən qalın vərəqli bloknotunu çıxardıb şahmat masasının kənarında sağ əlinin altına qoydu.

Arbitr köməkçisi saatları işə saldı. Mən ağlarla e2-e4 gedişi etdim. O, mənim gedişimə qarşı c7-c5 gedişini oynadı. Sonra mən Ag1-f3 o isə Ab8-c6 gedişini etdi. Sonra oyun belə davam etdi:

                                          Ağlar                                              Qaralar

                                          d2-d4                                                 c5:d4

                                         Af 3:d4                                              Ag8-f 6

                                         Ab1-c3                                                 d7-d6

                                          Fc1-g5                                                 e7-e6

                                          Vd1-d2                                                a7-a6

Beləliklə, qaralar Siciliya müdafiəsini seçdi. O, hər gedişdən əvvəl hər iki əlinin barmaqlarını azacıq yana açaraq, ehmalca əvvəlcə mənim fiqurlarımın üstünə, sonra da öz fiqurlarının üstünə qoyub götürürdü. Gediş edəndən sonra bizi xatırladan şiş uclu millə qardona bənzər qalın vərəqdə adda-budda deşiklər açırdı. Sonra mili kənara qoyub, barmaqlarını o deşiklərin üzərində gəzdirməklə yazdığını “oxuyurdu”. Oyunumuz debütdən metilşpilə keçdi. Çox gərgin vəziyyət yaranmışdır. Şahmat taxtası da qeyri-adi idi. 64 kvadratın hər birisinin ortasında deşik var idi. Fiqurların altında özündən çıxan millər bu deşiklərə taxılırdı. Bu onun üçün idi ki, bu qəbildən olan oyunçular əllərini fiqurların üzərinə qoyub götürdükdə, onlar aşmasınlar. Bu qeyri-adiliklər fikrimi yayındıra bilmirdı, çünki özümü şahmat taxtası üzərində gedən döyüşdə hiss edirdim.

Şahmat üzrə yarışların qəbul olunmuş qaydalarına əsasən, hər bir oyunçu 2 saat ərzində 40 gediş etməlidir. Bunun öhtəsindən gələ bilmədikdə oyunçu vaxt hesabına görə məğlub hesab edilir.

“Rəqibim” çox güclü gedişlər edirdi. O, əllərini bircə dəfə fiqurların üzərinə qoyub götürməklə, növbəti gedişini edirdi. Arada bir çox fikirləşməyim seytnota düşməyimə səbəb oldu. O, 30 gedişə cəmi 20 dəqiqə vaxt sərf etdiyi halda, mən o qədər gedişə 36 dəqiqə vaxt sərf etmişdim. Deməli, 4 dəqiqə ərzində 10 gediş etməliydim, özü də belə bir mötəbər yarışda!.. İstəmirdim ki, ilk oyunum uğursuzluqla bitsin. Bu məndə ruh düşkünlüyü yarada bilərdi. Odur ki, bütün qüvvəmi səfərbərliyə aldım. Gedişlərə saniyələr sərf etmək məcburiyyətində qalmışdım. Bir gözüm saatın qoşalaşmaq istəyən əqrəblərində idi. ”Bayraqcıq” düşmək məqamında olsa da, mən 40-cı gedişi edib, seytnotdan çıxdım. Dərindən nəfəs alıb ayağa qalxdım və şahmat taxtasının üzərindəki mürəkkəb vəziyyəti kənardan seyr etdim.

Zəkiyev qara fiqurlarla oynadığına baxmayaraq, az da olsa, mövqe üstünlüyünə malik idi. Bu məni çox narahat edirdi. Qaralar şah cinahından hücuma keçmişdilər. Çətinliklə də olsa, ağlar düzgün döyüş taktikasını seçərək hücumun qarşısını aldılar. Lakin şahmat taxtası üzərindəki gərginlik səngimək bilmirdi. Yarış üçün ayrılan vaxt başa çatdığından oyun qaraların mövqe üstünlüyü ilə 67-ci gedişdə təxirə salındı. O, ”gizli” gedişini yazıb paketə qoydu. Növbəti gün təxirə salınan oyunlar davam etdiriləcəkdi. Mən uduzmamaq üçün vaxt imkanından faydalanaraq, oyunu əvvəldən axıra kimi analiz edib, heç olmasa heç-heçə aparan çıxış yolu tapmalı idim. Yorğun olsam da, bütün gecəni Zəkiyevlə yarımçıq qalan oyunumuzu dəfələrlə analiz etdim. Bu qənaətə gəldim ki, bütün variantlarda uduzuram. Səhərə yaxın ağlıma gəlməyən və ilk baxışda heç bir məna kəsb etməyən Ae6 gedişi diqqətimi cəlb etdi. Bu gedişdən sonra qaraların qalib gəlmə şansı boşa çıxdı. Sevincimin həddi-hüdudu yox idi. Aclığım da, yuxusuzluğum da yadımdan çıxmışdı. Düşündüm ki, indi rahat nəfəs ala bilərəm. Şahmat doğrudan da dərya imiş!..

Təyin olunan vaxtda şahmat mərkəzinə gəldim. Hakimlər heyəti ilə görüşdüm. Zəkiyev yerində əyləşib məni gözləyirdi. Salamlaşdıq. Hakimin köməkçisi paketi açıb, saatları işə saldı. Zəkiyev yazıb paketə qoyduğu “gizli” gedişini şahmat taxtası üzərində əyani surətdə icra etdi. Mən fikirləşmədən Ae6 gedişini etdim. O, mənimlə heç-heçəyə razılaşdı, əlimi sıxıb dedi: - Sizi yalnız bu gediş xilas etdi, bütün o biri gedişlərdə məğlub olurdunuz. Sizə növbəti oyunlarda uğurlar arzulayıram!..

Mən də ona uğurlar diləyib öz minnətdarlığımı bildirdim.

Hakimlər heyətindən sabahki rəqiblərimizlə maraqlandıq. Mənim rəqibim ustalığa namizəd Baqdasarov, Zəkiyevin rəqibi isə ustalığa namizəd 9 yaşlı Vaynşteyn Qarri idi.

P.S.  Balaca Qarri anasının ərköyün balası idi. Ana bu qarayanız, qıvrımsaç uşağın nazıyla oynayırdı. Qarri çox hikkəli, dəymədüşər, eqoist bir uşaq idi. Şahmatı da ona kiçik yaşlarında anası öyrətmişdi. Deyilənə görə, Klara Şagenovna yaxşı şahmat oynayırdı, namizədlik almışdı. Ona görə də balaca Qarrinin ilk məşqçisi məhz öz anası idi. Təkcə mülayim havalarda yox, şaxtalı, çovğunlu havalarda da Klara Şagenovna balaca Qarrinin əlindən tutub onu şahmat klubuna gətirərdi və saatlarla ayaq üstə dayanıb onu gözləyərdi. Balaca Qarri mehrini anasına salmışdı. O, atasından çox anasını eşidirdi. Odur ki, sonralar, daha doğrusu, 1976-cı ildə ata soyadından, ana soyadına keçib oldu: Kasparov Qarri Kimoviç.

İkinci turda hamının diqqəti Zəkiyev-Kasparov oynuna dikilmişdi. Hava soyuq olduğundan Klara Şagenovna uzun qara paltosunun boyunluğunu qaldırmışdı. Balaca Qarrinin oyunu divarda asılan böyük şahmat lövhəsində nümayiş etdirilirdi. Klara Şagenovna qadağan olunmuş yerdən kənarda dayanıb oğlunun etdiyi gedişləri həyəcanla izləyirdi. Kasparov qaralarla oynayıb Karo-Kan müdafiəsini seçmişdi.

 O, hər dəfə gediş edəndən sonra, başını qaldırıb Zəkiyevi istehzalı baxışlarla süzürdü, ayağa qalxıb anası ilə göz-qaş edərək himcimləşirdi. Sanki demək istəyirdi ki, mənim sınıq-sökük “rəqibimə” bax. O, əllərini şalvar ciblərinin ağzında dürtmələyib, yarış meydanında lovğa-lovğa vargəl edirdi. Bu o demək idi ki, Zəkiyevi oyunçu hesab etmir. O, bugün ikinci qələbəni anasıyla bayram edəcəyini zənn edirdi. Lakin 28-ci gedişdə onun arzusu alt-üst oldu... Zəkiyev çox güclü gediş edib arxayınliqla ayağa qalxdı. Qarri isə yerində əyləşib, başını iki ovcunun arasına almışdı. Başı yarım saatdan çox şahmat taxtasının üzərində asılı qaldı və nəhayət, saatı saxlayıb, hiddətlə ayağa qalxdı. Başının tüklərini yolaraq ağlaya-ağlaya anasının üstünə yüyürdü:

- Мама, я слепому турку проиграл!..

Soltan Xəlilbəyli bunu eşitcək, yeyin addımlarla onlara yaxınlaşdı. Baş arbitr doqquz yaşlı uşağa olan qəzəbini güclə cilovlayaraq, üzünü onun anasına tutub amiranə tərzdə dedi:

 - Клара Шагеновна, возьмите своего сыночка и уходите!..

Onlar gedəndən sonra, qısa fasilə elan olundu. Soltan Xəlilbəyli bizə dedi:

- O uşağın haqqı yox idi ki, günahsız bir insanı təhqir etsin. Bu, onun sözü deyil, böyüklərinin sözüdür, valideynlərinin ona verdiyi “tərbiyədir”. Bu hikkəsiylə, bu inadkarlığıyla o, böyük şahmatçı ola bilər, amma heç vaxt əsl insan ola bilməyəcək!

Qarrinin alçaq hərəkəti bizim hamımızı hiddətləndirmişdi. Gözləri əbədi olaraq dünya işığına həsrət qalan, lakin ürəyi nurla dolu layiqli bir həmkarımızı Qarri gözümüzün qabağında təhqir edib heysiyyətinə toxundu. Çünki Qarrinin damarlarında erməni qanı axırdı!..

Kiçikdən tutmuş böyüyə qədər hamımız gecə-gündüz yorulmadan onun pişvazında dayandıq, nazıyla oynadıq, istədiyini “Baş üstə!”deyib dərhal yerinə yetirirdik. Axırı nə oldu?!

Hətta məşhur ekstrasens Tofiq Dadaşov Dünya Şahmat Birinciliyi uğrunda gedən Karpov-Kasparov matçında çətin anlar yaşanan müddətdə öz “köməyini” həmyerlimizdən əsirgəmədi.

Qarri Kasparov Şahmat üzrə yeni dünya çempionu oldu. Xalqımız onun qələbəsini bayram etdi, uşaqdan-böyüyə hamı sevinirdi. O, şahmat tacına sahib olandan sonra bizə yuxarıdan aşağı baxmağa başladı, heç vaxt bizə isnişmədi, bizimlə qaynayıb-qarışmadı. Bizi özünə yad hesab edərək, anasına qoşulub həmişəlik “doğmalrının” yanına getdi. Nə etmək olar?! Kimə yaxşılıq ediriksə, bizə pislik edir, çünkü əlimizin duzu yoxdur!

Müsəlmançılığımıza salıb onu yenə də özümüzünkü bildik, o isə bizə arxa çevirdi. Beləsinə yaxşı deyiblər: Çörəyi dizinin üstündədir!

Vaxtilə rəhmətlik Soltan Xəlilbəylinin Qarri Kasparov haqqında verdiyi proqnozu yozmaq fikrində deyilik. Amma fakt göz qabağındadır. Haqlı sözə nə demək olar?!

Ramiz MÖVSÜM

ramiz-mohsun

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN