Sən demə, şəxsiyyət vəsiqəsiz və sürücülük vəsiqəsi olmadan da yaşamaq, başqa ölkələrə getmək mümkündür...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Avopa İttifaqı bütün kağız və plastik sənədlərdən, xüsusən sürücülük və şəxsiyyət vəsiqələrindən imtina etməyə imkan verəcək rəqəmsal pulqabı hazırlayır. Bu barədə Estoniya Dövlət İnformasiya Sistemi Departamentinin eksperti Mark Erlix məlumat verib. O bildirib ki, əvvəlki rəqəmsal pulqabı tətbiqi üzərində iş artıq başa çatıb və sınaqdan keçirilməsinə başlanıb. Məlumata görə, rəqəmsal pulqabı sahibinin istəyi ilə məlumatları gizlətmək funksiyasına malik olacaq, yəni kimə hansı məlumatı göstərməyi şəxs özü seçəcək. Məsələn, yol polisi sizi saxlasa, sizin şəxsi kodunuz və adınızla tanış olmaq hüququ var, barda isə qapıçının sizin harada yaşadığınızı, şəxsi kodunuzu, doğum tarixinizi və ya adınızın nə olduğunu bilməsinə ehtiyac yoxdur. Sadəcə, 18 yaşdan yuxarı olmağınızı görməlidir.

Xatırladırıq ki, 2025-ci ilin sonuna qədər Aİ ölkələrinin rəqəmsal pulqabıdan istifadə etməyə başlaması üçün hazırda heç bir maneə yoxdur.

Bəs Azərbaycanda necə, bu mümkündürmü? Təbii ki, həyatda mümkünsüz olanların sayı çox azdır. Yəni, hər şey mümkündür. ASAN Xidmət təcrübəsi Azərbaycana bu sahədə də yeniliyə qatılmaq imkanı verir.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN