Çeçenistan Respublikasının Qudermes şəhərinin iki silahlı sakini odlu silahdan atəş açıb.

Tezadlar.az xəbər verir ki, hadisə barədə Rusiya Federasiyasının İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

İstintaqın məlumatına görə, martın 28-nə keçən gecə Qudermes şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları fərdi evlərdən birində silahlı şəxslərin olması barədə məlumatı yoxlamaq üçün gediblər.

Hüquq-mühafizə orqanları əməkdaşlarının silahı yerə qoyaraq təslim olmaq tələbi ilə evdə olan iki silahlı şəxs atəş açıb. Polis hücum edənlərə cavab atəşi açıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd faktı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi) ilə bağlı cinayət işi başlanıb.

Hücum edənlərin kimliyi müəyyən edilib. Onların Qudermes şəhərinin 1963 və 1989-cu il təvəllüdlü sakinləri, qohum olduqları məlum olub.

Hadisə yerinə baxış zamanı odlu silah və döyüş sursatı aşkar edilərək götürülüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN