"Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq qüvvələrini tamamilə Azərbaycan ərazisindən çıxarmalı və ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək və ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

Tezadlar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında deyib.

A.Hacızadə qeyd edib ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil: “Ermənistan Baş nazirinin, həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur. Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edib”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN