Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisənin martın 31-də axşam saatlarında sərhəd zolağının cənub-şərq hissəsində baş verdiyi bildirilir. Nazirlikdən bildirilib ki, görüntünün çox zəif olması səbəbindən Ermənistan hərbçiləri arasında “anlaşılmazlıq nəticəsində atışma olub”.

"Eyni zamanda Azərbaycan tərəfdən də atəş açılıb. Hadisədən sonra Ermənistan Silahlı Qüvvələrinin çağırışçı hərbçisinin meyiti tapılıb", - nəşr yazır.

Daha bir əsgərin yaralandığı dəqiqləşir. Mətbuat xidmətinin məlumatına görə, yaralı əsgərin həyatı üçün təhlükə yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN