Yağıntıların qeyri-bərabər paylanması, uzun çəkən azyağıntılı dövrdən sonra yağıntının bir gündə aylıq normanı üstələməsi halları son illərin səciyyəvi tendensiyasına çevrilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev Tezadlar.az-a bildirib ki, aprelin iki günü tamamlanmamış artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşıb. Ümumilikdə 36 millimetrlik miqdarla aylıq norma 152 faizə çatıb ki, bu da son 21 ildə ən yüksək göstəricidir.

R.Verdiyev bildirib ki, sonuncu dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 millimetr yağıntı düşüb. Bu da aylıq normanın 113 faizini təşkil edib. Regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN